Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?

İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?

Tarix: 7 Iyul 2024 11:46

Böyük Britaniya, Fransa və Almaniyada seçkilər ərəfəsində Ermənistan hakimiyyəti Qərbdəki vəziyyət aydınlaşana qədər antirusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə "direktiv" alıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistanın Niderlanddakı keçmiş səfir Dzünik Ağacanyan Ermənistan-Rusiya münasibətlərinin son inkişafı haqda qeyd edib.

O, Ermənistanın Rusiyadakı səfirinin Belqorod qurbanlarını ziyarət etmək üçün bu regiona getməsi, Paşinyanın AB-yə daxil olmağa görə referendum keçirməyin məqsədəuyğun olmadığını bildirməsi və s. kimi son addımları təsadüf saymayıb.

Onun fikrincə, Rusiyaya qarşı çıxışlarda "pauza" Fransa və Böyük Britaniyada seçkilər tam başa çatandan sonra bitəcək.

Ağacanyan Almaniya və ABŞ-da da dəyişikliyin mümkünlüyünə eyham vuraraq, indiki məqamda Ermənistanın Rusiyaya qarşı "müttəfiq yanaşması"nı daha 3-4 ay davam etdirəcəyinə əminliyini ifadə edib.


Etiketlər:  İrəvan Rusiyanın qucağına qayıdır baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ