Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2024 13:26
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, diplomat Almaniyada xarici səfərdədir.
"Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam", - Lemmi deyib.
O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.