Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə kosmosa yeni peyk göndərir - FOTO

Türkiyə kosmosa yeni peyk göndərir - FOTO

Tarix: 8 Iyul 2024 06:46

Türkiyənin ilk yerli və milli kommunikasiya peyki "Türksat 6A" sabah kosmosa göndəriləcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu özünün X səhifəsində məlumat yayıb.

"Loqosunun ilhamını "Türkiyə Yüz ili" vizyonumuzdan və bayrağımızdan alan ilk yerli və milli kommunikasiya peykimiz "Türksat 6"nın səfəri başlayır. 85 milyon tək ürək, şanlı al bayrağımızı kosmosda dalğalandıracağıq", - Uraloğlu bildirib.

Peyk sabah ABŞ saatı ilə 17:20, Türkiyə saatı ilə 00:20-də kosmosa göndəriləcək.


Etiketlər:  Türkiyə kosmosa yeni peyk göndərir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ