Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın ət yeyən bakteriyadan belə xilas oldu - FOTO

Qadın ət yeyən bakteriyadan belə xilas oldu - FOTO

Tarix: 8 Iyul 2024 07:40

Həkimlərin ona yaxınları ilə vidalaşmasını dediyi Beatris Conson soda sayəsində ət yeyən bakteriyalardan xilas olub.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Böyük Britanıyanın Kent şəhərində yaşayan 60 yaşlı Beatris Conson burnunu aşındıran bakteriya səbəbilə ölümlə qarşı-qarşıya qalıb.

Həkimə mürəciər edən qadına onun xəstəliyinin heç bir müalicəsi olmayan ət yeyən bakteriyanın səbəb olduğu bildirilib və ona yaxınları ilə vidalaşmaq tövsiyə olunub.

2023-cü ilin dekabrından etibarən özünü daim yorğun və halsız hiss edən qadın pilləkənləri qalxmaqda belə çətinlik çəkməyə başlayıb.

Dərhal həkimə müraciət edən üç uşaq anasına ölümcül infeksiya olan "Septik şok" diaqnozu qoyulub. Burnunda olan aşınmanın nekrotizan fasiit adlı ət yeyən bakteriyanın təsiri ilə baş verdiyi məlum olub və ona yaxınları ilə vidalaşmaq tövsiyə olunub.

Nekrotizan fasiit sürətlə yayılan və ölümcül ola bilən nadir bakterial infeksiyadır.

Həkimlər xəstəyə "Natrium bikarbonat" qəbul etməyi məsləhət görüblər. Xalq arasında soda kimi tanınan bu maddə dializə alternativ olaraq göstərilir.

Tövsiyələrə əməl edərək soda qəbul etməyə başlayan Beatrice möcüzəvi şəkildə sağalıb və bir neçə gün ərzində komadan çıxıb və sağalmağa başlayıb.


Etiketlər:  Qadın yeyən bakteriyadan belə xilas oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ