Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün üç rayonda qaz kəsiləcək

Bu gün üç rayonda qaz kəsiləcək

Tarix: 8 Iyul 2024 09:48

Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən işlər başa çatanadək "Qarasu əhali" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Sabirabad rayonunun (16 kənd və 35 qeyri-yaşayış sahəsinin) bir hissəsinin Hacıqabul rayonunun (10 kənd, 2 qəsəbə və 28 qeyri-yaşayış sahəsi) bir hissəsinin və Ağsu rayonu üzrə Padarqışlaq kəndinin qaz təchizatında məhdudiyyətin yaranması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Etiketlər:  gün üç rayonda kəsiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ