Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 23:04
Bakı. Trend:
Serbiya polisi Belqrad yaxınlığında marixuana istehsal edilən gizlin plantasiya və laboratoriyanı aşkar edib, orada təxminən 4 ton çətənə tapılıb.
Trend-in məlumatına görə, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, marixuana istehsalı üçün olan yeraltı laboratoriyada ümumi çəkisi 3,9 min kiloqram olan 649,4 kiloqram hazır narkotik və 65,5 min narkotik bitki tapılıb.
Ərazisində əkin və laboratoriyanın yerləşdiyi kənd təsərrüfatı müəssisəsi rəhbərliyinin nümayəndəsi və narkotik vasitələrin qanunsuz istehsalında şübhəli bilinən şirkətin 8 əməkdaşı saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin