Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin qızı ömürlük xəstəliyə TUTULDU: ''Ən ağır formasını yaşayır... '' - FOTO

Əməkdar artistin qızı ömürlük xəstəliyə TUTULDU: ''Ən ağır formasını yaşayır... '' - FOTO

Tarix: 10 Iyul 2024 13:20

"Qızım Nəfisə artıq yaxşıdır. Bir il idi ki, onun səhhətində ciddi problem var idi. Müalicələr alırdı. Nəfisə "övrə" (xalq arasında "qurdeşənəyi" - dərinin allergik mənşəli xroniki xəstəliyidir. Dəridə qaşıntılı köpəşmələr ilə özünü göstərir - red.) xəstəliyinin ən ağır forması idi. Bu xəstəlik onda anadangəlmə yox, sonradan yaranıb. Çox nadir xəstəliklərdən biridir. Nəfisənin bu xəstəliyi ilə bağlı Amerikaya belə müraciət etdik. Bu xəstəlik həm nevroloji, həm də qida ilə əlaqədardır. Çörək, ədviyyatlar, yağdan uzaq olmalıdır. Bu xəstəlikdə mal deyil, yalnız quzu əti yeyilməlidir".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki,  bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi bacısının uşağını övladlığa götürdüyü qızı Nəfisənin səhhətindən söz açıb. Ağır xəstəlikdən əziyyət çəkdiyini söyləyən Şabanova onun vəziyyətini yaxşılaşdırmaq üçün İtaliyadan iynə gətizdirdiyini bildirib:

"Nəfisənin beş yaşı var. Azərbaycanda bu xəstəliyin müalicəsini edən yaxşı ve peşəkar həkimlər var. Türkiyəyə müalicəyə aparmaq istəyirdim. Lakin mənə söylədilər ki, gətirsən belə burada bu xəstəliyin müalicəsi və çarəsi yoxdur. Qızının yaşı azdır. Bir iynə var, onu isə vurmaq üçün protokolda icazə yoxdur. Bu səbəbdən də Amerika ilə əlaqə saxladıq. Oradan da söylədilər ki, bu iynəni yalnız 7 yaşdan yuxarı uşaqlara vurulmalıdır. Bu iynə çox təhlükəlidir. Türkiyədən "yox" cavabı da alsam ora uçmalı idim. Təyyarəyə bilet almaq istəyərkən mənə zəng edib dedilər ki, Vətəndə bu xəstəliyi müalicə edən bir həkim var. Türk həkimləri Nəfisənin xəstəliyi ilə bağlı konsilium keçirdilər. Onun yaşı azdır və bu yaşda həmin xəstəlik çox nadir hallarda olur. Orada qərara gəldilər ki, risk də olmuş olsa, müəyyən bir doza da vurulmalıdır. İynəni tapmaq da çətin oldu. O iynəni Türkiyədən deyil, İtaliyadan tapdıq və hər ay o iynəni oradan gətizdiririk. İndi Nəfisə çox yaxşıdır. Bu xəstəlik sağalmasa da, o, Nəfisə ilə bir ömür boyu gedəcək. Amma yenə də ağırlaşmayacaq".

Nigar, həmçinin anası Akifə xanımın da səhhətindən bəhs edib. Əməkdar artisti valideyninin koronavirusdan sonra ayaqlarının tutulduğunu və bu səbəbdən gəzə bilmədiyini qeyd edib:

"Gün o gün olsun ki, anamın ayaqları açılsın və mən onu ayaq üstə görüm (ağlayır). Allah bu möcüzəni anama yaşatsın. Anam koronavirus keçirdi və bundan sonra onun səhhətində ciddi problemlər yarandı. Çox çətindir".


Etiketlər:  Əməkdar artistin qızı ömürlük xəstəliyə TUTULDU ağır formasını yaşayır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ