Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada nikahla bağlamaq istəyənlərin NƏZƏRİNƏ

Rusiyada nikahla bağlamaq  istəyənlərin NƏZƏRİNƏ

Tarix: 11 Iyul 2024 14:14

Rusiyada biometrikadan istifadə edərək sənədləri təqdim etmədən nikah bağlamaq xidməti göstəriləcək.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bununla bağlı Rusiya baş nazirinin müavini Dmitri Qriqorenko göstəriş verib.

Xidmətin yaradılmasına bir neçə departament cəlb olunacaq. Bunlara Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi, Federal Vergi Xidməti və Biometrik Texnologiyalar Mərkəzi daxildir. Yeni xidmətin köməyi ilə ruslar vətəndaşlıq qeydiyyatı şöbələrində nikah, adın dəyişdirilməsi və atalığın müəyyən edilməsi prosedurlarından da keçə biləcəklər.

Vətəndaşlıq qeydiyyatı zamanı şəxsiyyəti təsdiqləmək üçün dövlət Vahid Biometrik Sistemindən istifadə olunacaq. Xidmət işə salındıqdan sonra ruslar adi qaydada - şəxsiyyəti təsdiq edən sənədlərdən istifadə etməklə xidmətlər ala biləcəklər.

Milli.Az


Etiketlər:  Rusiyada nikahla bağlamaq istəyənlərin NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ