Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydeni “xilasetmə” planı ifşa olundu: Görün nələr edirlərmiş…

Baydeni “xilasetmə” planı ifşa olundu: Görün nələr edirlərmiş…

Tarix: 12 Iyul 2024 13:52

Ağ Ev uzun illərdir ki, xüsusi plan üzərində işləyir və Co Baydenin idrak qabiliyyətinin həqiqi səviyyəsini dünyadan gizlətmək üçün bir çox hiylələrə əl atır. Lakin bu, ABŞ prezidentinin uğursuzluğunu daha da gücləndirir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Daily Mail"ə ölkənin keçmiş lideri Donald Trampla debatın təşkilində iştirak edən mənbə bildirib.

O qeyd edib ki, Baydenin yaxın çevrəsi onu "xilas etmək" üçün çatışmazlıqlarını ictimaiyyətdən gizlədir. Nəşrin iddiasına görə, Baydenin vəziyyətini gizlətmək üçün xüsusi işçilər cəlb edilib. Jurnalistlərin ABŞ prezidenti ilə ünsiyyətini məhdudlaşdırıblar, təyyarə uçuşları üçün aşağı pilləkənlərdən istifadə edirlər. Beynəlxalq miqyaslı tədbirlər üçün Baydenə xüsusi olaraq təlimat kartları hazırlayırlar.

"Bir çox amerikalı onun dramatik uğursuzluğunu televiziyada canlı görməkdən şoka düşüb", - deyə mənbə vurğulayıb.

Milli.Az


Etiketlər:  Baydeni xilasetmə planı ifşa olundu Görün nələr edirlərmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ