Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2024 16:48
Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Özbəkistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalaraq 172,3 milyon dollara çatdırıb.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin iyun ayında Türkiyənin Özbəkistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,3 faiz azalaraq, 29 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.
"2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.