Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana bu məhsulların ixracının həcmi açıqlandı

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana bu məhsulların ixracının həcmi açıqlandı

Tarix: 13 Iyul 2024 22:52

Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 251,9 milyon dollara çatdırıb.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyun ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faiz azalaraq, 37,7 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.

"2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.


Etiketlər:  Yanvar iyun aylarında Türkiyənin Azərbaycana məhsulların ixracının həcmi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ