Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sankt-Peterburqda silahlı qarşıdurma baş verdi

Sankt-Peterburqda silahlı qarşıdurma baş verdi

Tarix: 13 Iyul 2024 23:44

Sankt-Peterburqda avtomat silahlarla silahlanmış şəxslər arasında silahlı qarşıdurma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Komendantski prospektində silahlı şəxslər arasında atışma və qışqırıq səsləri eşidilib.

Sakinlərin dediklərinə görə qara paltarlı və kamuflyajlı, tapança və avtomat silahlarla silahlanmış şəxslər bir-birlərinə, eləcə də havaya atəş açıb, sonra qaçıblar.

Hadisənin təfərrüatları ilə bağlı məlumat verilməyib.

Milli.Az


Etiketlər:  Sankt Peterburqda silahlı qarşıdurma baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ