Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə məktəbdə kütləvi zəhərlənmə - 41 şagird qusur

Türkiyədə məktəbdə kütləvi zəhərlənmə - 41 şagird qusur

Tarix: 27 Noyabr 2019 11:27

Bakı. Trend:

Türkiyənin Sakarya vilayətində kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, hadisə özəl məktəblərin birində qeydə alınıb.

Məlumata görə, 141 şagird qusma və qarın ağrısı şikayəti ilə müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hazırda 141 şagirddən 26 nəfərin müalicəsinin davam etdirildiyi qeyd edilir, digərləri evə buraxılıb.

Şagirdlərin qida və sudan zəhərləndiyi ehtimal edilir. Araşdırmalar aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə məktəbdə kütləvi zəhərlənmə şagird qusur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ