Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 10:36
ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada mitinqdə baş verən atışmadan sonra ilk dəfə Nyu Cersidə ictimaiyyət qarşısına çıxıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə REN TV-i məlumat yayıb.
Məlumata görə, internetdə yayımlanan görüntülərdə Trampın təyyarədən inamla enişi və jurnalistlərə əl yellədiyi görünür.
ABŞ-ın keçmiş prezidentini şəxsi təhlükəsizlik və silahlı məxfi xidmət əməkdaşları qarşılayıb.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirilib və bunu edən şəxsin Tomas Metyu Kruks olduğu bildirilib.