Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyalı nazirdən İsrail və Fələstinə çağırış...

Britaniyalı nazirdən İsrail və Fələstinə çağırış...

Tarix: 14 Iyul 2024 23:42

Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi İsrail və Fələstin ərazilərinə səfəri zamanı Qəzzada dərhal atəşkəsə çağırıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.

O bildirib ki, Qəzzada davam edən müharibə amansızdır, Böyük Britaniya diplomatik səylərlə atəşkəsi təmin etmək və ikidövlətli həll yolunda etibarlı irəliləyişə dəstək vermək istəyir.

Lemmi Qüdsdə Benyamin Netanyahu və Mahmud Abbasla görüşüb. O, bazar ertəsi İsrail Prezidenti İsaak Hersoqla da görüşəcək.

O, bütün girovların azad edilməsinə və Qəzzaya gələn humanitar yardımın həcminin kəskin artırılmasına da çağırış edib.


Etiketlər:  Britaniyalı nazirdən İsrail Fələstinə çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ