Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2024 09:10
Mən həm ötən il, həm də bu il "60 dəqiqə" proqramında Trampa sui-qəsd ehtimalı və onun üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyindən danışmışdım. Şadam ki, ABŞ Məxfi Xidməti Donaldı xilas etdi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko Pensilvaniyada keçirilən seçki mitinqində prezidentliyə namizəd Donald Trampa edilən sui-qəsd cəhdi və onun xəsarət alması haqda qeyd edib.
O bildirib ki, sui-qəsd cəhdinin arxasında Ukrayna dura bilər:
"Kiyevdə Trampa nifrət edirlər və Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov etiraf şəxsən Putinə sui-qəsd hazırladığını etiraf etsə də, heç bir nəticəsi olmayıb. Budanov (yəni Zelenski) Trampa qarşı hazırkı sui-qəsdin arxasında təşkilatçı ola bilər".