Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: Mən burada olmamalıydım, ölməliydim

Tramp: Mən burada olmamalıydım, ölməliydim

Tarix: 15 Iyul 2024 11:12

ABŞ Məxfi Xidməti ABŞ-ın keçmiş prezidenti Donald Trampın mitinqində baş verən atışmada şübhəli bilinən şəxsi ilk cəhddə məhv etməklə fantastik iş görüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə siyasətçinin özü "New York Post"a müsahibəsində bildirib.

"Onu bir güllə ilə öldürdülər. Fantastik iş gördülər" deyən o, hadisəni "sürreal" adlandırıb.

Keçmiş dövlət başçısı əlavə edib ki, tərəfdarları ilə danışmağa davam etmək istəyirdi, lakin Gizli Xidmət agentləri bunun təhlükəli olduğunu deyib və onu səhnədən çıxarıblar.

Donald Tramp bildirib ki, mitinqdə sui-qəsd nəticəsində ölə bilərdi, amma möcüzə baş verdi.

"Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini söylədi və bunu möcüzə adlandırdı. Mən burada olmamalıydım, ölməliydim" - siyasətçi qeyd edib.

Milli.Az


Etiketlər:  Tramp Mən burada olmamalıydım ölməliydim


RƏYLƏR