Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2024 18:20
Türkiyəli müğənni İbrahim Tatlıses keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, çıxışda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı sənətçi səhhəti ilə bağlı açıqlama verib.
"Özümü əla hiss edirəm. Allah bitdi demədikcə bitməz", - o bildirib.
Qeyd edək ki, sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.