Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 17:16
"Lester"in hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.
Qol.az-ın liqanın saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı oyunçu səsvermədə Eden Hazard ("Çelsi"), Emerik Laport ("Mançester Siti"), Cordan Henderson, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Şeyn Lonq ("Sauthempton"), Kris Vud ("Bernli") və Ayose Peresi ("Nyukasl") qabaqlayıb.
Qeyd edək ki, C.Vardi ötən ay 4 matçda 5 qol vurub.