Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın xarici borcu 800 milyard avroya çatdı

Fransanın xarici borcu 800 milyard avroya çatdı

Tarix: 17 Iyul 2024 20:16

Fransanın xarici borcu 800 milyard avroya və ya ÜDM-in 28 faizinə çatıb. Halbuki bu rəqəm 2022-ci ildə ÜDM-in 24,8 faizinə bərabər idi.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Fransa Bankının direktoru Fransua Vilerua dö Qalonun açıqlamasında deyilir.

Direktor xarici borcun bu cür pisləşməsini Fransa iqtisadiyyatının zəif tərəflərinin əks olunması kimi ifadə edib.

O, dövlət kəsiri ilə xarici ticarət arasında korrelyasiya olduğunu vurğulayıb və hökuməti rəqabət qabiliyyətini artırmaq üçün səyləri ikiqat artırmağa çağırıb.

Fransua Vilerua dö Qalo həmçinin bildirib ki, Fransanın cari hesab kəsiri ötən il 28 milyard avroya çatıb.


Etiketlər:  Fransanın xarici borcu milyard avroya çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ