Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2024 14:40
Son aylarda İstanbul narkotik polisinin çirkli pulların yuyulmasına qarşı keçirdiyi əməliyyatdan sonra niderlandlı narkotik baronu Cozef Yohannes Leydekkersin Türkiyədə yaşadığı iddia edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Leydekkers Avropanın ən çox axtarılan şəxslərindən biridir.
Türkiyədə keçirilən əməliyyatın narkobaronun ölkə ilə əlaqələrinə yönəldildiyi öyrənilib. Artıq Edirne küçə və prospektlərinə "wanted/axtarılır" yazısı ilə asılan afişalarda onu tapana "300 min avro" mükafat veriləcəyi bildirilib.
Sakinlər elanı maraqla qarşılayıblar. Edirnəlilər Leydekkersin nə səbəbdən axtarıldığını bilmədiklərini, ancaq mükafat qazanmağın onların həyatı üçün əhəmiyyətli ola biləcəyini deyiblər.
Türkiyə hüquq-mühafizə orqanının məlumatına görə, Leydekkers Avropada narkotik satışından əldə edilən gəlir yerli sakin Naci Y. vasitəsilə "yuyub". Naci Y. xaricdə yaşadığı üçün əməliyyat zamanı onun qardaşı saxlanılıb.
Digər tərəfdən, Niderland polisinin Leydekkersin atasının evinə keçirilən əməliyyatda 140 min avro dəyərində iki saat və lüks əşyaların ələ keçirildiyi barədə məlumat yayılıb. Bildirilir ki, narkobaronun 68 yaşlı atası da saxlanılıb.