Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Niyə bunu mediadan GİZLƏDİRSİNİZ?''

''Niyə bunu mediadan GİZLƏDİRSİNİZ?''

Tarix: 18 Iyul 2024 14:50

Gənc ifaçı Hiss (Röya Məmmədova) açıqlamaları ilə gündəmə gəlib.

Sonxeber.net xebersiz.az-a istinadən bildirir ki, "Zarafat bir yana" verilişinin qonağı olan müğənni tamaşaçıların verdiyi sualları canlı efirdə cavablandırıb.

Belə ki, tamaşaçılardan biri ona "Siz uşaqlar evinə tez-tez yardım edirsiniz, niyə bunu mediadan gizlədirsiniz?" -, deyə sual ünvanlayıb.

Hiss isə cavabında bunları deyib:

"Təbii ki, yardımlar edirəm. Hətta mənimlə birgə uşaq evində böyüyən uşaqlara da dəstək oluram. Bunu paylaşmağa gərək duymuram. Kimə və niyə özümü sübut etməyə çalışım ki? Bunu etsəm özümü saxta hiss edərəm. Əsas odur ki, mən, mənim yaxın ətrafım və yardım etdiklərim bunu bilir. Paylaşmağa isə kompleksim var".


Etiketlər:  Niyə bunu mediadan GİZLƏDİRSİNİZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ