Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruanda prezidenti dördüncü müddətə yenidən seçilib

Ruanda prezidenti dördüncü müddətə yenidən seçilib

Tarix: 19 Iyul 2024 06:56

Ruanda Prezidenti Pol Kaqame, seçki komissiyasının açıqladığı ilkin nəticələrə görə, 99,18 faiz səslə dördüncü müddətə yenidən seçilib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Kaqamenin rəqibləri - Demokratik Yaşıllar Partiyasının lideri Frank Habineza və müstəqil namizəd, keçmiş jurnalist Filip Mpayimana müvafiq olaraq 0,53 % və 0,32 % səs toplayıblar.

Xatırladaq ki, Ruandada prezident seçkiləri iyulun 15-də keçirilib. Pol Kaqame isə 2000-ci ildən dövlət başçısıdır.ə


Etiketlər:  Ruanda prezidenti dördüncü müddətə yenidən seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ