Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2024 07:02
Çilidə 7,3 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin şimalındakı San-Pedro-de-Atakama qəsəbəsindən (əhali: 2 min nəfər) 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.