Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

36 yaşlı məşhur müğənni: ''Qocalmışam və əsəbi olmuşam”

36 yaşlı məşhur müğənni: ''Qocalmışam və əsəbi olmuşam”

Tarix: 20 Iyul 2024 03:05

Britaniyalı müğənni Adel hazırkı konsert turunu başa vurduqdan sonra musiqi karyerasına uzun müddət ara verməyi planlaşdırdığını bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Münhendə 10 günlük konsertlər silsiləsi öncəsi Almaniyanın ZDF telekanalına müsahibə verən ulduz deyib: "Mənim çənim hazırda tamamilə boşdur".

"Yeni musiqi ilə bağlı heç bir planım yoxdur. Bütün bunlardan sonra böyük bir fasilə vermək istəyirəm. Heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istərdim. Bilirsiniz, mən hətta evdə mahnı oxumağı da dayandırdım. Qəribədir, elə deyilmi?"

Adelin son albomu 2021-ci ildə işıq üzü görüb. O, son iki il ərzində həftə sonları Las-Veqasda çıxış edir və bu yaxınlarda konsert rezidenturasının bir hissəsi olaraq "Caesars Palace"da 90-cı şousunu keçirdi.

Turne noyabrda başa çatacaq. Adel bu təcrübənin onu emosional olaraq tükətdiyini söyləyib.

"Bu qədər böyük auditoriyaya baxmayaraq, bu, əsl emosiyalar mübadiləsi idi. Əminəm ki, Münhendəki şoudan sonra hər axşam bu daha da hiss olunacaq. Amma bu müsbət haldır. Bu, sadəcə belə bir enerji mübadiləsidir", - Adel deyib.

Ulduz onu da etiraf edib ki, çox asan əsəbiləşir.

"Hər şey məni əsəbləşdirir. Hər şey. Mənim 36 yaşım var. Qocalmışam və əsəbi olmuşam", - o əlavə edib.

Milli.Az


Etiketlər:  yaşlı məşhur müğənni Qocalmışam əsəbi olmuşam


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ