Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət

Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət

Tarix: 20 Iyul 2024 21:42

Xarici tədqiqatçılar giləmeyvələrin tərkibindəki antioksidantlar sayəsində erkən qocalmanın, demensiyanın və yaddaşın pozulmasının qarşısını almağın mümkün olduğunu açıqlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, endokrinoloq, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının eksperti Zuhra Pavlova "Telegram" kanalında alimlərin yeni tapıntılarını şərh edib.

O bildirib ki, yay mövsümü tam olaraq menyunu sağlam qidalarla şaxələndirməyə imkan verir:

"Mütəxəssislər qaragilə (onda beyinin yaxşı işləməsinə kömək edən çoxlu flavonoidlər var), güclü antioksidant - likopenin mənbəyi olan qarpız, həmçinin resveratrollə zəngin üzümlərə diqqət yetirməyi təklif edirlər.
Bəzi üzüm sortlarında yaddaşı yaxşılaşdıran polifenollar da var. Bundan əlavə, vitaminlərin əla mənbələri moruq, qarağat, çiyələk də sağlamlıq üçün vacibdir".

Endokrinoloq qeyd edib ki, qaragilə və ya üzüm sağlam bir desertdir, şokolad əvəzinə onları seçmək lazımdır.

Ekspert qida rasionunda fruktoza miqdarına nəzarət etməyin vacibliyindən də danışıb:

"Meyvələr iştahı artıra və fərqinə varmadan kökəlməyinizə səbəb ola bilər. Buna görə də əsas yeməkdən sonra desert üçün meyvə və giləmeyvə yemək daha yaxşıdır".

Mütəxəssis əlavə edib ki, təkcə giləmeyvə ilə beyni qorumaq, yaddaşı gücləndirmək olmaz.

"Menyunuza antioksidantları daxil etməklə yanaşı, sağlam qalmağınıza kömək edəcək bir neçə sadə qayda var: Zərərli yağlardan və spirtli içkilərdən uzaq durmalısınız. Siqareti tərgidin. Tez-tez təmiz havada gəzin. Şəhərdən kənara çıxın və təbiətdə vaxt keçirin. Normal çəkini qoruyun. Qan şəkərinin və xolesterinin səviyyəsini daim nəzarətdə saxlayın. Bütün bunları etmək üçün yay mövsümü əla fürsətdir", - deyə Zuhra Pavlova vurğulayıb.

Milli.Az


Etiketlər:  Qocalmanı gecikdirmək üçün mövsümündən yararlanın Alimlərdən məsləhət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ