Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antalya hava limanı yeni rekorda imza atdı

Antalya hava limanı yeni rekorda imza atdı

Tarix: 21 Iyul 2024 20:36

Türkiyənin Antalya hava limanı yeni rekorda imza atıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, iyulun 20-də Antalya hava limanında 1167 təyyarə səfər yerinə yetirib. Gün ərzində aeroporta xarici uçuşlarda 1036, daxili reyslərdə isə 131 qarşılıqlı səfər yerinə yetirilib. Bu təyyarələr vasitəsilə xarici səfərlərlə 193 min 935, ölkədaxili reyslərlə isə 19 min 226 sərnişin səyahət edib ki, bu da ən yüksək göstəricidir.

Milli.Az


Etiketlər:  Antalya hava limanı yeni rekorda imza atdı


RƏYLƏR