Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2024 21:24
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 4 yaşayış məntəqəsinə hücum edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
"Belqorod vilayətinin Petrovka kəndində üç PUA özəl sektora hücum edib: iki evin dam örtüyü dağılıb, qaraj yanıb. Şetinovka kəndində iki fərdi yaşayış evi tamamilə yanıb, Tserkovda ferma dağılıb", - məlumatda qeyd edilib.
Bundan əlavə, Novaya Tavoljanka kəndində kamikadze PUA evin yaxınlığında partlayıb.