Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 08:58
Uğursuz hücumlara baxmayaraq, indi rusların Xarkov istiqamətində dayanması üçün heç bir səbəb yoxdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna SQ-nin Üçüncü hücum briqadasının komandirinin müavini Maksim Jorin deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun on minlərlə insan itirməsi problem deyil.
"Biz artıq görürük ki, onlar əlavə qüvvələrin bir hissəsini bu istiqamətə köçürüb və Xarkova qədər hücum əməliyyatlarını davam etdirməyə hazırlaşırlar", - o, qeyd edib.