Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu: Qəzzadakı girovların azad edilməsi üçün...

Netanyahu: Qəzzadakı girovların azad edilməsi üçün...

Tarix: 23 Iyul 2024 15:46

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan girovların azad olunmasını təmin edəcək razılaşmanın yaxın vaxtlarda mümkün ola biləcəyini deyib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu fikirləri o, Qəzzada girov saxlanılanların ailələri ilə görüşdə səsləndirib.

"Razılaşma üçün şərait yetişmək üzrədir. Bu, yaxşı əlamətdir. Gözləntilərimiz birdən reallaşmayacaq, mərhələlər olacaq. Bununla belə, mən inanıram ki, biz bu razılaşmanı irəli apara bilərik", - B.Netanyahu bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri hazırda Vaşinqtondadır və bu həftənin sonunda onun ABŞ prezidenti Cozef Baydenlə görüşü gözlənilir.


Etiketlər:  Netanyahu Qəzzadakı girovların azad edilməsi üçün


RƏYLƏR