Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 17:52
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Liverpul” - “Barselona” cavab oyunu öncəsi fikirlərini bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdaifəçi ilk oyunda məğlubiyyətə baxmayaraq, İngiltərə təmsilçisinin Kataloniya klubunu mübarizədən kənarlaşdıra biləcəyini deyib: “Bu qarşılaşma haqqında çox düşündüm. Hiss edirəm ki, hər şey bitməyib. “Liverpul”un "Enfild"də 4:0 hesabı ilə qalib gələ bilər. Yurgen Klopp kimi bir məşqçi oyunçularını motivasiya edərək “Barselona” kimi komandanı belə məğlub edə bilər”.
Qeyd edək ki, "Liverpul" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.