Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-nin eks-prezidentinin ölüm xəbəri təkzib olundu

ABŞ-nin eks-prezidentinin ölüm xəbəri təkzib olundu

Tarix: 24 Iyul 2024 00:10

ABŞ-nin eks-prezidenti Cimmi Karterin ölümü ilə bağlı məlumatın yalan olduğu üzə çıxıb.

Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Ehtimal olunur ki, ifrat sağçı fəal Laura Loomer "X" sosial şəbəkəsində Karterin ölümü ilə bağlı yalan məlumat yayıb. Bundan sonra məlumat internetdə sürətlə yayılıb.

Eyni zamanda, bir çox nəşrlər sözügedən eks-prezidentin ölümü ilə bağlı yaydıqları xəbəri siliblər.

Qeyd edək ki, həkimlər 96 yaşlı C. Karterə demensiya diaqnozu qoyublar.

Xatırladaq ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-nin prezidenti olub.


Etiketlər:  ABŞ prezidentinin ölüm xəbəri təkzib olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ