Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azaldı

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azaldı

Tarix: 24 Iyul 2024 13:10

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 80 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 155 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (95) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 72 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 59 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.


Etiketlər:  Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ