Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2024 13:50
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp "Amerika avtomobil sənayesini tam məhv olmaqdan xilas edəcəyini" bəyan edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o , Çindən gələn avtomobillərə 100-200% rüsum tətbiq etməklə nəticə əldə edilə biləcəyini vurğulayıb.
Respublikaçıların Milli Qurultayında eks-prezident, həmçinin, elektriklə işləyən avtomobillərə kütləvi keçid strategiyasını tənqid edərək, planı "yeni yaşıl fırıldaq " adlandırıb . Siyasətçi əmindir ki, yeni avtomobillərin əksəriyyətinin elektrik mühərriki ilə təchiz edilməsi tələbi ABŞ avtomobil sənayesinin inkişafına ziyan vurur.
Bundan əlavə, o, ABŞ-la qonşu olan Meksikada avtomobil sənayesini fəal şəkildə inkişaf etdirən Çinə ultimatum verəcəyini bildirib. Tramp vurğulayıb ki, avtomobil zavodları Amerika torpağında tikilməlidir, əks halda hər bir avtomobilin idxalına qoyulan rüsumlar 100%-i keçəcək.
"Hazırda Meksikada böyük zavodlar tikilir. Çin onları maşın hazırlamaq və ABŞ-a satmaq üçün tikir. Onlar dünyanın ən böyük zavodlarını tikirlər. Biz hər bir avtomobilə təxminən 100-200% tariflər tətbiq edəcəyik və onların ABŞ-da satışı qeyri-mümkün olacaq", - deyə Tramp yekunlaşdırıb.