Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

13 yaşlı uşaq təsadüfən 1800 illik tarixi əsər tapdı

13 yaşlı uşaq təsadüfən 1800 illik tarixi əsər tapdı

Tarix: 25 Iyul 2024 12:24

13 yaşlı oğlan təsadüfən yaşı təxminən 1800 il olan üzük tapıb. İsraildə tapılan tarixi artefakt Qədim Roma ilahələrindən birini təsvir edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İsrailin Hayfa şəhərində atası ilə gəzən Yair Uaytson kiçik bir yaşıl obyekt görərək onu götürüb. Əvvəlcə paslı bolt zənn etdiyi əşyanı qızdırmağı düşünən 13 yaşlı uşaq sonradan bunun üzərində "döyüşçü" təsviri olan üzük olduğunu anlayıb. Ailəsi İsrail Qədim Əsərlər İdarəsi ilə əlaqə saxladıqdan sonra tədqiqatçılar üzüyün eramızın II və III əsrlərinə təsadüf edən Son Roma dövrünə aid olduğunu müəyyən ediblər.

Qurumun verdiyi açıqlamada, təxminən 1800 illik üzükdə Qədim Romada müharibə və müdriklik ilahəsi olduğuna inanılan Minervanın təsvir edildiyi bildirilib. Üzük Roma dövrünə aid ferma evinin xarabalıqlarının olduğu arxeoloji ərazidə olan Kirbet Şəlalada tapılıb. Bu ərazinin yaxınlığında köhnə karxana da var. İsrail Qədim Əşyalar İdarəsindən Nir Distelfeld və Eitan Klein bildiriblər ki, karxananın kənarında iki dəfn mağarası var.

Distelfeld qeyd edib ki, bu gözəl, tamamilə qorunub saxlanılan üzükdə fiqur şəkli var, bürüncdən hazırlanmış zərgərlik əşyasıdır. Bir əlində qalxan, bir əlində nizə tutur.

Üzük Qüdsdəki İsrail Milli Arxeoloji Kampusunda sərgilənəcək.


Etiketlər:  yaşlı uşaq təsadüfən 1800 illik tarixi əsər tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ