Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaşinqtonda ABŞ bayrağını yandırdılar

Vaşinqtonda ABŞ bayrağını yandırdılar

Tarix: 25 Iyul 2024 18:14

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ- a səfərinə etiraz edən Fələstin tərəfdarları Vaşinqtondakı qatar stansiyasının qarşısındakı Amerika bayraqlarını cıraraq yandırıblar.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahunun həbs olunmasını tələb edən etirazçılar dirəkləri endirib, sonra Amerika bayraqlarını yandırıblar", - deyə məlumatda bildirilir.

Bundan əvvəl fəallar Netanyahunun başçılıq etdiyi İsrail nümayəndə heyətinin qaldığı Vaşinqtondakı "Watergate" otelinə həşəratlar səpələyiblər.


Etiketlər:  Vaşinqtonda ABŞ bayrağını yandırdılar


RƏYLƏR