Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub, 60 min insan təxliyə edilir

ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub, 60 min insan təxliyə edilir

Tarix: 28 Noyabr 2019 05:28

Bakı. Trend:

ABŞ-ın Texas ştatında "TPC Group" şirkətinin neftkimya zavodunda daha bir partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təxminən bir kilometr radiusda olan insanlara ilk partlayışdan sonra təxliyə təlimatları verilmişdi, amma indi təxminən altı kilometr radiusda bütün əhalinin məcburi təxliyə edilməsindən söhbət gedir.

"KFDM News" telekanalının məlumatına görə, təxliyə əməliyyatı 5 şəhəri əhatə edir, təxminən 60 min insan təxliyə ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ neftkimya zavodunda daha partlayış olub insan təxliyə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ