Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paris-2024-ün təşkilatçılarından anormal addım: Ənənə pozuldu

Paris-2024-ün təşkilatçılarından anormal addım: Ənənə pozuldu

Tarix: 26 Iyul 2024 17:08

Parisdə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi heç bir izahat vermədən açılış mərasimindən əvvəl keçirilən ənənəvi mətbuat konfransını ləğv edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatçılar press-relizdə məlumat veriblər.

Əvvəlcə mətbuat konfransı yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 11:30) baş tutmalı idi. Lakin başlamazdan bir saat əvvəl onun ləğv olunduğu məlum olub. Ləğv edilməsinin səbəbləri məlum deyil.

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Tədbir Sena çayı üzərində təşkil ediləcək.

Milli.Az


Etiketlər:  Paris 2024 ün təşkilatçılarından anormal addım Ənənə pozuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ