Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2024 15:16
Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin əsas fraqmentlərinin yer aldığı videonu rəsmi resurslarından silib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, video BOK-un rəsmi saytında və ya yutub kanalında mövcud deyil.
Qeyd edək ki, Olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin "Son şam yeməyi" tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.
Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.