Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt'' Konfrans Liqasında mübarizəni başa vurdu - YENİLƏNİB

''Sumqayıt'' Konfrans Liqasında mübarizəni başa vurdu - YENİLƏNİB

Tarix: 31 Iyul 2024 23:14

22:56

"Sumqayıt" bu gün Konfrans Liqasında cavab oyununa çıxıb.

Azərbaycan təmsilçisi səfərdə Macarıstan "Fehervar"ı ilə qarşılaşıb. Görüşda qapılara qol vurulmayıb. Bu komandalar arasında Sumqayıtda keçirilən ilk oyunda "Fehervar" 2:1 hesablı qələbə qazandığından Macarıstan klubu növbəti mərhələyə adlayıb. "Sumqayıt" isə mübarizəni başa vurub.

31 iyul

Konfrans Liqası, 2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. "Fehervar" (Macarıstan) - "Sumqayıt" (Azərbaycan) - 0:0 
Baş hakim:
 Kristoffer Karlsson (İsveç)
Sekeşfehervar, "Arena Şoşto" stadionu
İlk oyun - 2:1

------------

22:01

Konfrans Liqası, 2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. "Fehervar" (Macarıstan) - "Sumqayıt" (Azərbaycan) - 0:0 (İkinci hissə)
Baş hakim:
 Kristoffer Karlsson (İsveç)
Sekeşfehervar, "Arena Şoşto" stadionu
İlk oyun - 2:1

19:56

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək  "Fehervar" (Macarıstan) - "Sumqayıt" matçı üçün heyətlər açıqlanıb.

Komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Fehervar": 22. Balaş Töt, 8. Boqdan Melnik, 21. Andras Huszti, 31. Nikola Serafimov, 14. Aron Ksonqvai (k), 7. Szabolş Şön, 77. Matyas Katona, 20. Tobias Kristensen, 27. Bence Bedi, 11. Nikolas Stefanelli, 19. Patrik Kovaş

Ehtiyat oyunçular: Dala, Vezselinov, Larsen,  Kavac. Simut, Bence, Patrik, Ominger, Babos, Peto

"Sumqayıt": Mehdi Cənnətov, Elvin Bədəlov, Vüqar Mustafayev (k) Rövlan Muradov, Slavişa Radoviç, Fernando Medeiros, Səbuhi Abdullazadə, Cordan Rezabala, Rəhim Sadıxov, Roy Kexat, Nikola Vujnoviç

Ehtiyat oyunçular: Murad Ağamalıyev, Xəyal Fərzullayev,  Nihad Əhmədzadə, Sənan Muradlı, Kamran Quliyev, Uğur Cahangirov, Tressor Mossi 

 

-----------

07:52

"Sumqayıt" bu gün Konfrans Liqasında cavab oyununa çıxacaq.

Azərbaycan təmsilçisi səfərdə Macarıstan "Fehervar"ı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda "Fehervar" 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" cütünün qalibi növbəti mərhələdə "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 

31 iyul

Konfrans Liqası, 2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. "Fehervar" (Macarıstan) - "Sumqayıt" (Azərbaycan)
Baş hakim:
 Kristoffer Karlsson (İsveç)
Sekeşfehervar, "Arena Şoşto" stadionu
İlk oyun - 2:1


Etiketlər:  Sumqayıt Konfrans Liqasında mübarizəni başa vurdu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ