Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 18:45
"Rusiyada məclislərin birində məni Nazpəri Dostəliyeva bilib başımdan xəzəl kimi pullar tökdülər. Mən də dinmədim. Kim dinərdi ki. Amma sonda həmin kişi məndən xahiş etdi ki, telefonla onun xanımı ilə danışım. Onda vicdanım əl vermədi, dedim mən Nazpəri xanım deyiləm, Afətəm".
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu fikirləri müğənni Afət Fərmanqızı qatıldığı şou-proqramlardan birində səsləndirib.
O, gəncliyində özünü Nazpəri Dostəliyevaya çox bənzətdiyini, lakin sonralar öz yolunu tapdığını söyləyib.