Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 22:50
Hizbullahın silahlı birləşmələrinin komandirlərindən birinin məhv edildiyi Beyruta hücumdan sonra İsrail hər tərəfdən özünə qarşı təhdidlər alır. İstənilən təcavüzə sərt cavab verməyə hazırıq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində deyib.
"İsrail vətəndaşları, bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan sonra müxtəlif tərəfdən təhdidlər eşidirik. Biz istənilən ssenariyə hazırıq, həmrəy olacağıq və istənilən təhlükəyə qətiyyətlə qarşı çıxacağıq.
İsrail istənilən istiqamətdən istənilən təcavüzə görə yüksək səviyyədə cavab verəcək ", - o bildirib.