Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayda ən çox istifadə etdiyimiz məhsul - təhlükəsi var

Yayda ən çox istifadə etdiyimiz məhsul - təhlükəsi var

Tarix: 1 Avqust 2024 14:51

Yayda havanın həddindən artıq isti keçməsinə görə tez-tez duş alırıq. Belə olduqda sabun və duş gellərindən də daha çox istifadə edirik.

Bəs, sabun və duş geli alarkən nələrə diqqət etmək lazımdır? Saxta, keyfiyyətsiz olan sabun və duş gelləri dəridə hansı fəsadlara yol aça bilər?

Məsələ ilə bağlı dermatoloq Vaqif Abdullayev lent.az-a açıqlamasında bildirib ki, tez-tez duş qəbulu zamanı sabun və duş gellərindən istifadə etdikdə dərinin yağ təbəqəsi zədələnir.

Onun sözlərinə görə, dərimiz həddindən artıq yağlananda və ya tərləyəndə şərti patongen mikrofloralar yaranır:

"Keyfiyyətsiz şampun və ya duş gellərinin istifadəsi dəridə allergik reaksiyalar yaradır. Bu cür vasitələrdən istifadə dərinin qurumasına, qıcıqlanmasına səbəb olur. Bu zaman əlavə nəmləndirici kremlərdən istifadə etmək lazımdır. Duş geli və ya şampun alarkən tanınmış markalara üz tutmaq yaxud böyük marketlərdən almağa diqqət etmək lazımdır. Aldığımız məhsulun mütləq tərkibinə baxmalıyıq. Şampun seçdikdə dəri və saç tipinə uyğun olduğunu müəyyən etməliyik. Əgər saç yağlıdırsa, yağlı saçlar üçün nəzərdə tutulan şampunlara üstünlük verilməlidir".


Etiketlər:  Yayda çox istifadə etdiyimiz məhsul təhlükəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ