Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail müdafiə nazirindən qalmaqallı paylaşım: Öldürülən HƏMAS liderinin adının üstündən xətt çəkdi

İsrail müdafiə nazirindən qalmaqallı paylaşım: Öldürülən HƏMAS liderinin adının üstündən xətt çəkdi

Tarix: 1 Avqust 2024 17:38

HƏMAS-ın hərbi lideri Muhəmməd əd-Deyfin öldürüldüyü açıqlanan dəqiqələrdə İsrailin müdafiə naziri Yoav Qallant qalmaqallı paylaşım edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, İsrail Müdafiə Qüvvələri iyulun 13-də HƏMAS-ın hərbi lideri Muhəmməd əd-Deyfin hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb. Əd-Deyfin ölümünü ancaq son saatlarda təsdiq etdiklərini bildirən ordu rəsmiləri bununla bağlı açıqlama verdikləri dəqiqələrdə isə İsrailin müdafiə naziri bu paylaşımı edib.

Belə ki, Yoav Qallant "ölüm siyahıları"nın başında yer alan komandirin adının üstündən xətt çəkdiyi fotonu yayımlayıb.

"Qəzzanın Usamə Bin Ladeni Muhəmməd əd-Deyf 13.07.24 tarixində aradan götürüldü. Bu, HƏMAS-ın Qəzzada hərbi və inzibati orqan kimi ləğv edilməsi və bu müharibənin məqsədlərinə nail olunması prosesində mühüm mərhələdir", - deyə o, fotoya şərh verib.

"Əməliyyat İsrail Müdafiə Qüvvələri (İDF) və İsrail Təhlükəsizlik Agentliyi (İSA) tərəfindən dəqiq və peşəkar şəkildə həyata keçirilib. Bu əməliyyat HƏMAS-ın parçalanmaqda olduğunu və HƏMAS terrorçularının ya təslim ola biləcəyini, ya da məhv edilə biləcəyini əks etdirir. İsrailin müdafiə agentliyi oktyabr qətliamının həm planlaşdırıcıları, həm də icraçıları olan HƏMAS terrorçularının arxasınca düşəcək. Bu missiya tamamlanana qədər dincəlməyəcəyik", - deyə nazir əlavə edib.


Etiketlər:  İsrail müdafiə nazirindən qalmaqallı paylaşım Öldürülən HƏMAS liderinin adının üstündən xətt çəkdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ