Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə yayılan virus 6 günə 170 can aldı - Fövqəladə vəziyyət

Bu ölkədə yayılan virus 6 günə 170 can aldı - Fövqəladə vəziyyət

Tarix: 2 Avqust 2024 06:08

15-21 iyul tarixləri arasında Nigeriyada koleraya 170 yoluxma halı aşkarlanıb, epidemiya səbəbilə daha 3 nəfər ölüb. 

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamada deyilir.

Qeyd edilir ki, yanvar ayından bu yana ölkədə 4 809 kolera faktı qeydə alınıb, epidemiya səbəbindən həyatını itirənlərin sayı isə 156-ya çatıb. aptek depo

Vəba ilə mübarizə çərçivəsində tibbi ləvazimatların xəstəliyə qarşı mübarizə, infeksiyanın qarşısının alınması və nəzarət üçün ölkə daxilindəki bütün sağlamlıq mərkəzlərinə göndərildiyi vurğulanıb.

Xatırladaq ki, iyunun 26-da vəba epidemiyası səbəbilə ölkədə "milli fövqəladə vəziyyət" elan edilib.

Ötən il Nigeriyada 3 mindən çox koleraya yoluxma halı baş verib, 100-dən çox insan həyatını itirib.

Xəstəliyə "Vibrio" bakteriyası səbəb olur. Qida və su ilə insana keçən bakteriya ishala və son nəticədə orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilir.

Nigeriyada təmiz suyun və effektiv tibbi müdaxilənin olmaması xəstəlik, eləcə də ölüm riskini artırır. 


Etiketlər:  ölkədə yayılan virus günə aldı Fövqəladə vəziyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ