Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur

Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur

Tarix: 2 Avqust 2024 18:21

Giləmeyvənin bir çox problemlərlə yanaşı, xüsusilə ürək-damar xəstəliklərindən qoruduğu, qan şəkərini tarazladığı və ümumi sağlamlığı qorumağa kömək etdiyi bildirilir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, alimlər illərdir ürək-damar xəstəlikləri riskini azaltmağın yollarını axtarırlar. Bu yollardan biri qara qarağat yemək və ya ondan hazırlanan əlavələrdən istifadə etmək ola bilər.

Qara qarağatın ömrü uzadan, ürək sağlamlığı üçün möcüzə hesab edilən qida olduğu qeyd edilir.

Alimlər apardıqları araşdırmalarda qarağatın qan dövranını 45 faiz artıraraq damar tıxanmasına qarşı mübarizə apardığını müəyyən ediblər.

Son araşdırmalar qara qarağatın aşağıdakı 4 müsbət təsirini sübuta yetirib:

* Ürək sağlamlığını qoruyur,

* Damarları təmizləyir,

* Qan dövranını yaxşılaşdırır,

* Hipertenziyanın qarşısını alır.


Etiketlər:  giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ