Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2024 08:04
Bundesver Yaxın Şərqdə alman vətəndaşlarının genişmiqyaslı təxliyə əməliyyatına hazırlaşır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" yazıb.
Bildirilir ki, təxliyəyə əsas kimi İranın bu həftə İsrailə zərbə endirəcəyini ehtimal edən kəşfiyyat məlumatları göstərilib.
Analitiklər, demək olar, əmindirlər ki, "Hizbullah" Livan ərazisindən İsrailə qarşı genişmiqyaslı hücuma başlayacaq.
Öz planlarında Almaniya hərbçiləri ilk növbədə almaniyalıların Livandan xilas edilməsinə diqqət yetirirlər. Almaniya Hərbi Hava Qüvvələrinin kiçik A400M nəqliyyat təyyarələri parkı və müvafiq ekipajları var ki, onlar da belə bir ehtimal üçün bir neçə gündür hazır vəziyyətdədirlər.
Təyyarələr bir neçə saatlıq uçuşla almanları Beyrutdan götürə, onları Kipr adasında endirə və yenidən Livan paytaxtına doğru yönələ bilərlər.
Almaniya hökumətinin məlumatına görə, hazırda Livanda 2 000-dən çox alman ola bilər. Lakin Almaniya Xarici İşlər Nazirliyi bu sayın daha çox ola biləcəyini ehtimal edir.