Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran əvvəlkindən beşqat artıq güclə hücum edəcək - Polkovnik

İran əvvəlkindən beşqat artıq güclə hücum edəcək - Polkovnik

Tarix: 6 Avqust 2024 13:38

İranın İsrailə yeni hücumu əvvəlkindən qat-qat güclü ola bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Mark Babot deyib.

"İranın hücumu İsrailin son nəticədə Tehranın nüvə proqramını məhv etməsi və bütün dünyanı normallaşmaya gətirməsi üçün səbəb ola bilər. Biz bunu son raket zərbəsində (çox güman ki, Haniyənin vurulması nəzərdə tutulur - red.) gördük", - o bildirib.

Babot xatırladıb ki, İran apreldə üç yüzdən çox müxtəlif PUA və raket buraxmışdı, indi bu, 1,5 minə qədər arta bilər:

"ABŞ-ın həm Qırmızı dənizdə, həm də Aralıq dənizində donanmalarını gücləndirmələrinə baxmayaraq, İsrail tam döyüş hazırlığındadır".


Etiketlər:  İran əvvəlkindən beşqat artıq güclə hücum edəcək Polkovnik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ