Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva Kurska hücumu terakt kimi qiymətləndirdi

Moskva Kurska hücumu terakt kimi qiymətləndirdi

Tarix: 7 Avqust 2024 11:46

Burada söhbət dinc əhaliyə qarşı növbəti terror aktından gedir. Bu, açıq-aydın dinc əhaliyə, vətəndaşlara qarşı yönəlib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə lazım olan hər şey edilir:

"İstintaq Komitəmiz və hüquq-mühafizə orqanları bunu qiymətləndirəcək, sübutlar toplayacaq, lazımi tədbirlər görəcək ki, bütün bunları edənlər məhkəmə qarşına çıxsın və cinayətkarlar layiq olduqlarını alsınlar".

Qeyd edək ki, Ukrayna ordusu ötən gün Kursk vilayətinə hücum edib. Ukrayna mediası hücum edənlərin Rusiyanın Azadlığı Legionu olduğunu bildirib.


Etiketlər:  Moskva Kurska hücumu terakt kimi qiymətləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ