Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Suca şəhəri Ukraynanın nəzarətinə keçib - YENİLƏNİB

Rusiyanın Suca şəhəri Ukraynanın nəzarətinə keçib - YENİLƏNİB

Tarix: 8 Avqust 2024 17:48

17:36

Rusiyanın Suca şəhəri Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, kanallar "SucaEtoRossiya" heşteqini yaradıblar və onu yaymağı xahiş ediblər.

Rusiya hərbi müxbirləri isə Sucanın bir hissəsinin Ukraynanın nəzarətində olduğunu bildirirlər.

Kursk vilayətindəki döyüşlər haqqında əsas məlumatlar bunlardır:

Sucanın özündə döyüşlər gedir. Hərbi müxbir Mixail Zvinçukun ("Rıbar" kanalı) məlumatına görə, Ukrayna qüvvələri Sucanın qərb yarısını tutub.

"Hazırda döyüş təmas xətti bənd rayonundan keçir - bu, kiçik Suca çayının axdığı ərazidir. Rusiya tərəfindən bu sahəni yerli özünümüdafiə dəstələri də müdafiə edir", - deyə Zvinçuk vurğulayıb.

Hərbi müxbir Yuri Kotenok bildirir ki, yaşayış məntəqəsinin böyük hissəsi Ukrayna qüvvələrinin nəzarətindədir. Sucada tanklar var.

Yuri Podolyak isə Sucada çoxlu sayda ukraynalı əsgərin olduğunu yazıb:

"Suca bizim üçün, ,ümumiyyətlə itirilmiş hesab olunur. Bu, çox vacib logistika mərkəzidir. Düşmən bu üstünlükdən istifadə etməyə çalışır. Sucadan şimala, Lqova gedən yol da var. Düşmən bu yolla da irəliləməyə çalışır".

"Dva mayora" kanalı bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini Korenevo qəsəbəsində dayandıra bilib.

"Rıbar"ın məlumatına görə, Loknya - Nikolski - Viktorovka - Kruqlenkoye xəttində intensiv döyüşlər gedir.

Sosial şəbəkələrdə Rusiyanın onlarla sərhədçisinin təslim olmasının videosu dərc edilib. Görüntülər Ukraynanın "Naxtiqal" batalyonunun "Instagram" səhifəsində yayımlanıb və bildirilir ki, kadrlar avqustun 6-na aiddir.

--------------
2024.08.07


Kursk bölgəsində vəziyyət pisləşməkdə davam edir: son bir saat ərzində Ukrayna birləşmələrinin Suca üzərində ən azı qismən nəzarəti, eləcə də düşmənin (Ukrayna ordusunun - red.) zirehli qrupunun Korenevo sərhədlərinə doğru irəliləməsi barədə bir neçə təsdiqlənmiş məlumat var.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN-ə bağlı "Rıbar" Teleqram kanalı məlumat yayıb.

Kanal mənbəyə istinadla bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sucanın qərb ətrafına daxil olub. Aran ərazidə yerləşən qəsəbənin mərkəzi "boz zona"dadır. Rus qoşunları şəhərin yüksək şərq hissəsinə nəzarəti saxlayır:

"Eyni zamanda, Ukrayna birləşmələri Sucanın cənubuna doğru irəliləyib: bu ərazidə Ukrayna Silahlı Qüvvələrinin Qornal, Quevo və Kurilovka yaşayış məntəqələrində işğalı təsdiqlənir. Rusiya PUA operatorları ərazinin kəşfiyyatını aparır və müəyyən edilmiş düşmən mövqelərinin atəşə tutulması üçün hədəf təyinatları verir, quru qoşunlarının bölmələri, sərhədçilər və Rusiya qvardiyaları əks-hücuma keçir.

Ukrayna birləşmələri də şimal-qərb hissəsində nəzarət zonasını genişləndirib. Leonidovo və Lyubimovka kəndi işğal olunub".

Kanalın məlumatına görə, rus qoşunları yaxınlıqdakı Zeleni Şlyax kəndi istiqamətində əks-hücuma cəhd etsə də, kəndi azad edə bilməyib:

"Ukraynanın bir neçə texnikadan ibarət zirehli qruplarından biri Rılsk-Suca şossesi boyunca kəşfiyyat apararaq, Rılskdan təxminən 30 km cənub-şərqdə yerləşən Korenevo kəndinin kənarına çıxmağı bacarıb.

Hazırda Rusiya qoşunları Ukrayna birləşmələrinə zərbələr endirir və magistral yolda döyüşür, düşmənin Korenevski rayonunun inzibati mərkəzini işğal etməsinə mane olmağa çalışır.

Ukraynanın Kursk bölgəsinə hücumunun ikinci günündə vəziyyət çətin olaraq qalır: düşmənin zərbəyə uzun hazırlığı, təəssüf ki, öz bəhrəsini verdi. Müdafiə istehkamlarını təchiz etmək üçün Rusiya ərazisinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş hissələrinə düşmənin mühəndis texnikası göndərilir".

Qeyd edək ki, Ukrayna ordusunun Kurska ötən gün hücum etdiyi və Nikolayevo-Daryino, Darino və Sverdlikovo kəndlərini ələ keçirdiyi bildirilmişdi. Ukrayna mediası hücum edənlərin Rusiyanın Azadlığı Legionu olduğunu bildirir.


Etiketlər:  Rusiyanın Suca şəhəri Ukraynanın nəzarətinə keçib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ